featured-image-7669

“Aris” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə səfər oyunu üçün Bakıya azarkeşlərini gətirmək istəyir. Msport.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, bunun üçün xüsusi turistik səfər proqramı da hazırlanıb.

İyulun 26-da “Aris” çarter reysi ilə Kiprdən Bakıya yola düşəcək. İyulun 28-də “Bakcell Arena”da keçiriləcək matçı izləmək istəyən fanatlar çarter reysi ilə gələcək və “Courtyard Marriott” otelində 2 gecə qalacaqlar. Azərbaycana gəlib “Aris”i dəstəkləmək istəyənlərin əlləri ciblərində olmalıdır:

İki nəfərlik otaqda (böyüklər üçün) 2 gecə – adambaşı 975 avro

Bir böyük yataq olan otaqda 2 gecə qalmaq – adambaşı 1100 avro

18 yaşınadək uşaqlar – 675 avro

Bu qiymətə aeroportdan otelə və oyun günü stadiona transfer nəzərdə tutulub.

Qitmətə daxil deyil: Turistik viza və oyuna bilet.

Açıqlamada qeyd olunur ki, azarkeşlərin səfərindən pul qazanmaq niyyətində deyil. Məqsəd ilk dəfə avrokuboklarda çıxış edəcək kluba biu cür dəstək olmaqdır deyə ən minimal qiymətlər təyin edilib.

 

Bənzər xəbərlər