“Aris” “Neftçi” ilə oyunlar üçün 21 futbolçu sifariş etdi
Kiprin “Aris” klubu “Neftçi”yə qarşı keçirəcəyi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Msport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksey Şpilevskinin siyahısında 21 futbolçu yer alıb.
Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 4 yarımmüdafiəçi və 6 hücumçu var.
Qapıçılar: 1. Vana, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu;
Müdafiəçilər: 3. Kaju, 4. İsmael Patrik Yandal, 5. Kostas Pileas, 13. Delmiro Evora Nasçimento, 20. Stiv Yaqo, 30. Aleks Muketu-Mussunda, 31. Frants Brorsson, 65. Yanis Dede Lomme;
Yarımmüdafiəçilər: 8. Morqan Braun, 10. Matiya Şpolyariç, 37. Yulius Syoke, 58. Yevgeni Yablonski;
Hücumçular: 9. Daniel Sikorski, 14. Artur Yannik Qomis, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 72. Floriss Cave, 80. Şevi Babiçka.
“Neftçi” “Aris”lə ilk oyunu iyulun 21-də səfərdə, cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq.