featured-image-28125

Xorvatiyanın paytxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Msport.az xəbər verir ki,sərbəst güləş üzrə  milli komandamızın iki üzvü artıq finala vəsiqəni təmin edib.

70 kq çəki dərəcəsində çıxış edən yığmamızın lideri Hacı Əliyev yarımfinalda molovalı Vasili Dyakon üzərində qələbə qazanıb. Həmyerlimiz qızıl medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Ramazan Ramazanovla qarşılaşacaq.

Əliabbas Rzazadə də (57 kq) adını finala yazıdırıb. O, həlledici görüşdə Türkiyə nümayəndəsi Süleyman Atlı ilə üz-üzə gələcək.

Səbuhi Əmiraslanov (79 kq) isə yarımfinalda ukraynalı Vasili Mixaylova məğlub olub. O, sabah bürünc medal uğrunda görüş keçirəcək.

Maqomedxan Maqomedov (97 kq) də finala yüksəlib. Güləşçimiz yarımfinalda Macarıstanı təmsil edən Vladislav Baytsayevi məğlub edib. O, finalda Gici Matçaraşvili (Gürcüstan) qarşılaşacaq.

Bənzər xəbərlər