Azər Bağırov "Şamaxı"dan 17-ci futbolçunu da yola saldı - RƏSMİ
“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, əyalət klubu Alfonso Msanqa ilə başa çatan müqaviləni yeniləməyib.
22 yaşlı tanzaniyalı yarımmüdafiəçi “Şamaxı”nın heyətində 49 oyunda meydana çıxıb və 6 qol vurub. O, bu komandaya 2025-ci ilin yanvarında keçmişdi.
Qeyd edək ki, “Şamaxı”nı tərk edən futbolçuların sayı artıq 17-yə çatıb. Komanda Ayxan Abbasovdan sonra Azər Bağırovu baş məşqçi postuna gətirib. Görünən odur ki, yeni məşqçi heyətə yalnız özünə tanış olan futbolçuları gətirmək niyyətindədir.







