featured-image-5094

Minsk “Dinamo”sunun və Belarus yığmasının müdafiəçisi Maksim Şvetsov bu gün Azərbaycan millisi ilə Millətlər Liqasının 2-ci turu çərçivəsində keçiriləcək oyundan danışıb. Msport.az “Pressball”a istinadən xəbər verir ki, belaruslu futbolçu yığmamızın bir il əvvəlki sxemlə oynadığını deyib:

“Azərbaycan komandası biril əvvəlki sxemlə oynayır. Məğlub olduğumuz yoldaşlıq matçı? Döyüşkən oyun keçmişdi, son dəqiqələrdə top buraxmışdıq. Hərçənd həmin görüşdə daha yaxşı nəticə əldə edə bilərdik. Azərbaycan – yaxşı, döyüşkən komandadır, aşağı-yuxarı bizimlə eyni səviyyədədir. Baxaq görək, nə olur”.

Bu gün Serbiyanın Novı Sad şəhərində keçiriləcək Belarus – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bənzər xəbərlər