"Azərbaycan çempionatı Rusiya liqasından geri qalır" - Hacı Hacıyev
Rusiyanın ən tanınmış mütəxəssislərindən biri, 1983-1985-ci illərdə “Neftçi”də işləmiş Hacı Hacıyev Artyom Dzyuba ilə bağlı məsələyə fikrini bildirib. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 76 yaşlı məşqçi Azərbaycanın yaxşı ölkə olduğunu deyib:
“Azərbaycan çox yaxşı ölkədir. Dzyuba ora gedə və səviyyəsini göstərə bilər. Lakin hər şey futbolçunun gələcək planlarından asılıdır. Bəlkə hələ daha yüksək səviyyədə çıxış etmək istəyir.
Hazırda Azərbaycanda bir neçə nisbətən yaxşı komanda var. Legionerləri dəvət etmək və yerli çempionatın səviyyəsini artırmaq üçün resurslar var. Ancaq buna baxmayaraq, Azərbaycan çempionatı Rusiya liqasından geri qalır. Məsələ ondadır ki, Dzyuba karyerasını necə başa vurmaq istəyir. Əgər bir az yüngül rejimdə futbolu qutarmaq istəyirsə, bu başqa məsələ. Əgər daha yüksək səviyyədə oynamaqda maraqlıdırsa və idman azartı varsa, başqa variant axtarar. Biz müəyyən etməli deyilik, ona nə daha uyğundur”.