featured-image-40401

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.

Msport.az, dekabrın 5-də IV turun iki görüş baş tutacaq.

Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və ““Azərreyl”” komandaları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq.

Saat 18:00-da start götürəcək turun digər matçında isə “Murov Az Terminal” və UNEC kollektivləri üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun GİN-nin Voleybol Mərkəzində baş tutacaq.

Bənzər xəbərlər