featured-image-39266

Voleybol üzrə Azərbaycan çempionatlarının 2023/2024 mövsümündə açılış mərasiminin və ilk oyunun vaxtı bəlli olub.

Msport.az xəbər verir ki, açılış mərasimi noyabrın 6-da saat 15:45-də Bakı İdman Sarayında gerçəkləşəcək.

Bundan sonra ilk oyun baş tutacaq. Həmin qarşılaşma qadınlardan ibarət “Azərreyl” və “Abşeron” arasında olacaq. Mərkəzi görüş olaraq müəyyənləşdirilən, V turun bu matçı saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. İlk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər. Orada 2 oyun (tərəflər hərəsi bir qələbə qazanarsa və setlər bərabər olarsa, “qızıl set” oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 qarşılaşma keçiriləcək.

Qadınlar: “Abşeron”, “Azərreyl”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”, UNEC.

Kişilər: “Azərreyl”, “Xarı Bülbül” (Laçın), “Xarı Bülbül” (Şuşa), MOİK, “Murov Az Terminal”, “Neftçi”.

Bənzər xəbərlər