Azərbaycan futbolunun ən sensasiyalı transferi
Yaxın vaxtlarda Azərbaycan futbolunun ən sensasiyalı transferi reallaşacaq.
Msport.az xəbər verir ki, karyerası ərzində yalnız “Qarabağ”ın şərəfini qoruyan Qara Qarayev Ağdam klubunu tərk edir.
2008-ci ildən “Qarabağ”ın heyətində çıxış edən dayaq yarımmüdafiəçisi “Neftçi” ilə bütün şərtləri razılaşdırıb.
Yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Qara “köhlən atlar”ın simvollarından hesab olunur.







