featured-image-5352

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığma 1/4 finalda yarışa ev sahibliyi edən Slovakiya ilə qarşılaşıb.

Milli komanda rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Qələbə qolun 42-ci dəqiqədə penaltidən fərqlənən Elvin Əlizadə vurub. Futbolçularımız son iki dəqiqəni azlıqda mübarizə aparmalı olub. Vüsal İsayev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Azərbaycan yığması yarımfinalda Qazaxıstan millisi ilə qarşılaşacaq. Bu qarşılaşma sabah keçiriləcək.

Bənzər xəbərlər