featured-image-5106

Belarus millisinin yarımmüdafiəçisi Pavel Sedko UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu Azərbaycan millisinin müdafiə xəttinin zəif olduğunu bildirib:

“Azərbaycan millisi müdafiədə müəyyən qədər zəif təsir bağışlayır. Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir.

Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik. Çünki bizim üçün başqa nəticə yoxdur. Bu səbəbdən, yalnız qələbəyə köklənəcəyik. Bütün oyunçuların motivasiyası əladır, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq”.

Bənzər xəbərlər