"Azərbaycan millisinin necə komanda olduğunu söyləmək çətindir"
Qazaxıstanın “Ordabası” klubunun belaruslu hücumçusu Vsevolod Sadovski UEFA Millətlər Liqasında ölkəsinin də yer aldığı C Liqasının 3-cü qrupundakı komandaları dəyərləndirib.
Msport.az xəbər verir ki, o, Qazaxıstan mətbuatına açıqlamasında belə deyib:
“Yığmaların oyunlarını izləmədiyim üçün Slovakiya və Azərbaycanın necə komanda olduğunu söyləmək mənim üçün çətindir. Ona görə də oyunlarla bağlı proqnoz verməyəcəyəm. Belarus və Qazaxıstana gəlincə, iki komanda arasındakı görüşlər çox maraqlı və prinsipial olacaq. Hər iki kollektivi çətin mübarizə gözləyir”.
Qeyd edək ki, 3-cü qrupda Azərbaycan, Qazaxıstan, Belarus və Slovakiya seçməsi mübarizə aparacaq.