featured-image-19667

2022-ci ildə Azərbaycan taekvondoçularının və parataekvondoçularının qazandıqları medalların sayı açıqlanıb.

Msport.az xəbər verir ki, 22 beynəlxalq yarışda iştirak edən milli komandalar 101 medal əldə ediblər.

Bunlardan 27-si qızıl, 24-ü gümüş, 50-si bürüncdür.

Böyüklərdən ibarət yığmamız 37 medal əldə edib. Kişi taekvondoçularımız il ərzində çıxış etdikləri bütün yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar. Dünya və Avropa çempionatında bürünc medal qazanan milli ümumilikdə 23 medala sahib olub. Komandanın hesabında beynəlxalq turnirdə 19 (6-4-9), İslamiadada 2 (0-1-1) mükafat var.

Qadınlardan ibarət yığma 14 medala sahib olub. Komanda İslamiadada 3 (1-1-1), beynəlxalq turnirlərdə 11 (2-2-7) dəfə fərqlənib. Böyüklərdən ibarət millilərin ümumi medal sayı 37-dir.

Həmçinin, U-21-lə Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc mükafat əldə edilib. Milli komanda 5 ildən sonra analoji yarışda yenidən medal qazanıb, idmançımızın fəxri kürsünün ən yüksək pilləsinə qalxması isə 9 ildən sonra təkrarlanıb.

Bənzər xəbərlər