Azərbaycan təmsilçisi Türkiyə klubu ilə üz-üzə
“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ikinci oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda Bakıda Türkiyənin “Bağçaşəhər” klubu ilə üz-üzə gələcək.
“Sərhədçi” İdman Mərkəzində gerçəkləşəcək görüş saat 19:00-da başlanacaq.
Qeyd edək ki, “Sabah” ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə məğlub olub.