featured-image-5104

Slovakiya millisinin sabiq futbolçusu Duşan Tittel komandanın Millətlər Liqasında iyunun 10-da Azərbaycana qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb.

Msport. az Slovakiya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı veteran futbolçu Millətlər Liqasındakı görüşləri dəyərləndirərkən deyib:

“Düşünürəm ki, bizim hələ belə rəqiblərimiz olmayıb. Buna baxmayaraq, iyun ayı məşqçilər, oyunçular və hər kəs üçün heç də yaxşı ay deyil. Çünki çətin mövsümdən sonra 10 gün ərzində dörd matç keçirmək heç də asan deyil. Mən hələ yolu demirəm. Ancaq buna haqq qazandıra bilmərik. Çünki burada olmağımızın günahkarı da elə özümüzük və yenidən daha cəlbedici rəqiblərlə oynamaq üçün qalib gəlməliyik. Meydanda daha canlı, daha mobil olmalıyıq. Təbii ki, qələbə qazanmağı səbirsizliklə gözləyirəm, çünki hələlik üç xalımız var. Ancaq hələ də böyüməliyik. Bundan əlavə, bizim üçün asan olmayacaq. Çünki Azərbaycan və Qazaxıstan Belarusdan da güclü olacaq”.

Bənzər xəbərlər