featured-image-8390

Rusiya millisinin sabiq qapıçısı Ruslan Niqmatullin də Artyom Dzyuba ilə bağlı məsələyə münasibət bildirib.

Msport.az “championat.com”a istinadən xəbər verir ki, “Lokomotiv”in sabiq qolkiperi 33 yaşlı hücumçunun ölkəmizə gələcəyinə inanmadığını söyləyib:

“Dzyubanın Azərbaycana gedəcəyinə o qədər də inanmıram. Azərbaycan çempionatına qarşı heç bir pis fikirim yoxdur. Lakin səviyyədə böyük fərq var. Həm də ölkə də Artyom üçün ekzotikdir. Rusya çempionatında komanda tapmaq daha asan olardı.

Əgər məqsəd yalnız getməkdirsə, harda olsa klub tapmaq mümkündür. Əgər hələ də yüksək maaş almaq istəyirsənsə, variant azalır. Həm də yaş və məhsuldarlığın aşağı düşməsi də mane ola bilər. Azərbaycana getmək bir qədər fantastik görünür, hətta çox gözlənilməz. Dzyuba “Rubin”in təlim-məşq toplanışında peyda olanda bu daha az təəccüb doğurdu”.

Bənzər xəbərlər