featured-image-7317

Azərbaycanda Premyer Liqada iştirak edən futbol klublarının maliyyə vəziyyəti açıqlanıb.

Msport.az Fed.az-a istinadən xəbər verir ki,  2021-ci ildə ölkənin 8 əsas futbol klubu ümumilikdə 54 milyon 872 min manat gəlir əldə ediblər.

Bu məbləğin 62%-i 2 klubun – “Qarabağ” və “Neftçi”nin payına düşüb.

2021-ci ildə ölkədə ən çox gəlir əldə edən klub “Qarabağ” olub. Ən az gəlir isə “Səbail” klubunda qeydə alınıb.

Ümumi məbləğin 30%-i “Qarabağ” klubunun, 25%-i “Neftçi” klubunun gəlirləridir. Digər 6 klubun gəlirləri 24,8 milyon manat olub.

“Qarabağ Futbol Klubu MMC” –  16, 311, 300

“Neftçi Peşəkar Futbol Klubu MMC” – 13,735, 952

“Sabah Futbol Klubu MMC” – 7, 242, 400

“Sumqayıt Futbol Klubu MMC” – 4,462, 000

“Zirə Peşəkar Futbol Klubu” – 4, 448, 842

“Şamaxı Futbol Klubu İctimai Birliyi” – 4, 068, 700

“Qəbələ İdman Klubu MMC” – 2, 626, 225

“Səbail Futbol Klubu İctimai Birliyi” – 1,977, 800

Bənzər xəbərlər