featured-image-6436

Ötən mövsümün sonunda Niderlandın “Sparta Rotterdam” klubundan ayrılan Bart Vrinds Azərbaycandan təklif alıb.

Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi özü bu barədə açıqlama verib.

Niderlandlı oyunçu, Kipr, Hindistan və Küveyt klublarının da onunla maraqlandığını bildirib: “Amma təkliflər xoşuma gəlmədi. Ona görə də həmin ölkələrdən heç birinə getmək istəmədim”.

Qeyd edək ki, Bart Vrinds ölkəsində “Utrext” və “Qoiu Ehed İqlz” komandalarının da formasını geyinib.

Bənzər xəbərlər