featured-image-37394

Voleybol üzrə oğlanlardan ibarət Azərbaycanın U-18 yığması Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Msport.az xəbər verir ki, dekabrın 5-9-u aralığında Gürcüstanda təşkil olunacaq yarışda Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya milliləri də mübarizə aparacaqlar.

Turnir həm də AÇ-2024-ə seçmə xarakteri daşıyır. Yarışın reqlamentinə əsasən, birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Xatırladaq ki, Azərbaycanın 18 yaşadək voleybolçu qızları da EEVZA-nın çempionatına qatılacaq.

Bənzər xəbərlər