featured-image-37421

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları avrokubok oyununa təyinat alıblar.

Msport.az xəbər verir ki, onlar qadınlar arasında Avropa Kuboku turnirinin ikinci mərhələ matçında ədaləti qoruyacaqlar.

Bu, Türkiyənin “Armada Praksis Yalıkavaspor” klubu ilə Portuqaliya təmsilçisi “ADA do Sao Pedro Sul” arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma sentyabrın 23-də Türkiyənin Bodrum şəhərində yerləşən “Binnaz Karakaya İdman Arenası”nda təşkil olunacaq.

Bənzər xəbərlər