featured-image-3999

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Msport.az xəbər verir ki, millimiz hazırlıq prossesi çərçivəsində mayın 26-da, saat 17:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoxlama oyunu keçirəcək.

Millimizin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Əkpər Vəliyev – Şamaxı
2. Nicat Mehbalıyev – Qəbələ
3. Yusif İmanov – Sabah
4. Eldar Tağızadə – Klermon (Fransa)
5. Rauf Hüseynli – Qarabağ
6. Arsen Ağcabəyov – Sabah
7. Rüfət Əhmədov – Qəbələ
8. Zamiq Əliyev – Qarabağ
9. Rəhim Cəfərli – Qarabağ
10. Elçin Mustafayev – Şamaxı
11. Nihad Quliyev – Qarabağ
12. Elvin Cəfərquliyev – Qarabağ
13. Ceyhun Nuriyev – Sabah
14. Səbuhi Abdullazadə – Sumqayıt
15. Fərid Yusifli – Neftçi
16. İsmayıl Zülfüqarlı – Neftçi
17. Emil Səfərov – Qəbələ
18. Rüfət Abdullazadə – Sumqayıt
19. Ədilxan Qarəhmədov – Səbail
20. İldar Ələkbərov – Sabah
21. Abdulla Xaybulayev – Sabah
22. Rüstəm Əhmədzadə – Qarabağ
23. Musa Qurbanlı – Qarabağ

Qeyd: “Qarabağ” klubunun üzvləri Musa Qurbanlı, Rüstəm Əhmədzadə və Elvin Cəfərquliyev Azərbaycan kubokunun final qarşılaşmasından sonra düşərgəyə qoşulacaq.

Bənzər xəbərlər