Azərbaycanlı futbolçu üçün İrəvanda xüsusi mühafizəçilər - "Hara gedirəm, mənimlə gəlirlər"
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli hazırda İrəvandadır. 28 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatia” klubunun heyətində “Ararat”la UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Ermənistana yollanıb.
Təcrübəli oyunçu Msport.az saytına açıqlamasında onun üçün xüsusi təhlükəsizlik əməkdaşları ayrıldığını bildirib: “4-5 nəfərdilər, hara gedirəmsə, mənimlə gəlirlər”.
İsgəndərli təhlükəsizliyin kim tərəfindən təmin olunduğunu bilmədiyini söyləyib.
Qeyd edək ki, iyulun 13-də keçiriləcək “Ararat” – “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







