featured-image-39465

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi İspaniyanın “Avarka de Menorka” klubu ilə qarşılaşacaq.

Əvvəlki raundda Ukrayna “Balta”sını üstələyən “Azərreyl” ispanlarla ilk matçı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirəcək.

Çelenc Kuboku
1/16 final, ilk oyun
9 noyabr

19:00. “Azərreyl” (Azərbaycan) – “Avarka de Menorka” (İspaniya)
Bakı. Voleybol Mərkəzi

Bənzər xəbərlər