“Azərreyl” yeni mövsümün hazırlığına başlayıb
Kişi voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsümün hazırlığına start verib.
Msport.az xəbər verir ki, komandanın təlim-məşq toplanışı Voleybol Mərkəzində keçirilir.
Hazırlıq prosesində baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında 12 voleybolçu iştirak edir. Komanda fiziki məşqlərə üstünlük verir.