Belarus - Azərbaycan oyununda isveçli hakimlər
UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda keçiriləcək Belarus – Azərbaycan oyununun təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, matçı isveçli hakimlər briqadası idarə edəcək.
Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.
Qeyd edək ki, mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.