Bir hissə meydanda oldu, "sarı" ilə yadda qaldı - Renat Dadaşov
Milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatında yeni mövsümün ilk oyununa çıxıb.
Msport.az xəbər verir ki, Sürix klubu doğma divarlar arasında “Luqano” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrasshopper”in heyətində Hayao Kavabe dubl edib.
Fasilədən sonra meydana daxil olan Dadaşov 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.