featured-image-33717

Bir yerə iki eyniadlı namizəd – PFL-dən “İrəvan”la bağlı açıqlama

Peşəkar Futbol Liqası yeni mövsümdən I Liqada iştirak edəcəyi gözlənilən “İrəvan” klubu ilə bağlı məsələyə münasibət bildirib.

PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sənan Abdullayev Msport.az saytına açıqlamasında bunları söyləyib:

“İcraiyyə Komitəsinin bununla bağlı qərarı var. Hələ ki I Liqa komandaları da təftiş mərhələsindədir. Çünki orada da qeyd olunub ki, baş katiblik və PFL-in araşdırmalarından sonra son qərar veriləcək. Bütün I Liqa komandaları yoxlanılacaq. Ondan sonra hamısı haqda tam məlumat verə bilərik”.

Qeyd edək ki, II Liqada iştirak etmək üçün “İrəvan” adlı iki klub yaradılıb: “İrəvan” FK və AFFA-nın öz qurumlarının təsisçiliyi ilə yeni yaradılan “İrəvan” İK. Hər iki klub I Liqada məhz özlərinin yarışacağını deyir, hər ikisi rərhbərliyini müəyyənləşdirib, baş məşqçisini seçib və hazırda da heyət toplayır.

Bənzər xəbərlər