featured-image-7968

“Lex”in Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a böyük hesabla uduzması (1:5) sosial şəbəkələrin Polşa seqmentində də böyük müzakirələrə gətirib çıxıarıb. Msport.az polşalı bəzi jurnalistlərin oyun barədə fikirlərini təqdim edir:

Mateuş Borek (Jurnalist): “Biz Avropada gülünc vəziyyətindəyik. Rudkonun “dəvələri”. Amaral asisti ilə həyəcanla gəzir. Batorinin manevr qabiliyyətli stoperləri topa hücum etmir”.

Mixail Sverçevski (“Rakov” klubunun prezidenti): “Yəni biz bu qədər zəifik? Görünür, beləyik. Bizim pulumuz çatmır? Yox. Azarkeşlərimiz yoxdur? O da var. Bizim nəyimiz çatmır? İnsanlar, bacarıqlı insanlar”.

Rafal Steç:  (Bloqer) “Polşa təmsilçisinin Çempionlar Liqasında iyulun 12-də mübarizəni dayandırması yeni biabırçı antirekorddur. 2008-ci ildən bu yana ən böyük hesablı məğlubiyyətdir. Onda da “Visla” “Barselona”ya uduzmuşdu. Bu çuxurda heç vaxt qalib gələ bilməyəcəyik”.

Matsey İvanski (Jurnalist) : “Qısaca, bundan pis ola bilməzdi. Əgər “Lex” bu cür oynasa, Konfrans Liqasında qrupa vəsiqə qazanacağına inanmıram”.

Pyotr Jelyaznı (Jurnalist): “Məni birinci oyunun nəticəsi təəccübləndirmişdi, bu yox”.

 

Bənzər xəbərlər