featured-image-40426

“NTD-İndigo”nun basketbolşusu Brendon Votkins klubun mətbuat xidmətinin suallarını cavablandırıb.

Msport.az həmin müsahibəni təqdim edir:

– Son turun matçında komanda “Sərhədçi”ni məğlub edib. İlk iki hissədən sonra asan bir qələbə kimi görünürdü, amma üçünçü hissədə təşəbbüsü əldən verdiz.

– Başa düşürdük ki, bu oyunda yalnız qələbə qazanmalıyıq. Oyuna yaxşı başladıq, amma sonra rəqibə bizə çatmaq imkan verdik. Məşqlərdə çalışmalı olduğumuz məqamlar var. Komanda qələbə qazana bildi və bu ən vacib şeydir.

– Komandanın kifayət qədər gərgin cədvəli var. Noyabrın 29–da “Sabah”a qarşı oyun, dekabrın 2-də “Sərhədçi”, dekabrın 6-da isə artıq sizi “Neftçi” gözləyir. Belə sərt qrafikdə oynamaq çətin deyil ki?

– Bu oyuna təsir edir. Matç boyu yüksək tempdə oynamaq çətindir. Çərşənbə günü “Sabah”a qarşı ağır oyun keçirdik. Və artıq şənbə günü yenidən meydançaya çıxdıq. Şadam ki, “Sərhədçi” üzərində qələbə qazana bildik. Qələbə qazanmaq çox vacib idi.

– Növbəti matç “Neftçi”yə qarşı olacaq. Komandanın şanslarını necə qiymətləndirirsiniz?

– Bu mövsüm “Neftçi”nin oyunlarını izləmişəm. Hər oyun vacibdir. “Neftçi”yə qarşı oyun həm ona görə vacibdir ki, onlar liderlər sırasındadırlar. Biz öz işimizi görməli və qələbə qazanmalıyıq.

– ABL-də artıq 6-ı tur keçib. Liqanın səviyyəsi necə qiymətləndirirsiz?

– Çempionatda bir neçə güclü komanda və əla basketbolçular var. Yaxşı legionerlər gəldi. Həm də keyfiyyətli yerlı oyunçular görürəm. Çox geniş ehtiyat oyunçular skamyası olan komandalar var.

– Azərbaycana gəlməzdən əvvəl sizin gözləntiləriniz nə idi və onlar doğruldumu?

– Açığı, nə gözləyəcəyimi bilmirdim. Bütün diqqətimi komandaya yönəltdim. Altı oyun keçirdik. Liqa səviyyəsi olduqca yaxşıdır. Hər oyunda qalib gəlmək istəyirik.

– Qarşınıza hansı məqsədlər qoyursunuz?

– “NTD-İndigo”nun heyətində çempion olmaq istəyirəm. Heç kim ambisiyasız oynamaq istəmir. Yaxşı komandamız var. Düşünürəm ki, bu çempionluq olduqca realdır.

 

Bənzər xəbərlər