featured-image-26671

Millimizin Avro-2024-ün seçmə mərhələsinə biabırçı start verməsi yenə geniş müzakirələrə səbəb oldu. Canni De Byazinin məşqçilik keyfiyyətlərinin aşağı olmasından tutmuş, AFFA-nın yarıtmaz siyasəti, futbolçuların yığmada can yandırmadığına kimi müxtəlif fikirlər səsləndi. Lakin istər-istəməz, bütün diskussiyalarda son nəticə yenə də gəlib çıxır uşaq futbolunun üstünə. “Azərbaycanda uşaq futbolu bərbad durumdadır” fikiri ilə demək olar ki, hər kəs razılaşır. Bunun əsas səbəblərindən biri də “milliləşdirmə” siyasətidir.

Millimizin İsveçlə son matçında (0:5) meydana çıxan 11 oyunçudan yeddisi Azərbaycan futbol məktəbinin yetirməsi deyil. Ümumiyyətlə, “milliləşdirmə” illərdir futbolumuza ağır zərbə vurur. Özü də əcnəbiləri gətirib onlara pasport vermək təkcə əsas komandada deyil, U-17 və U-19-da da hər zaman mövcud olub.

Son illərdə aşağı yaş qruplarında forma geyib əsas millimizə kimi yüksələn yalnız bir “milləşmiş” futbolçu olub – Anton Krivotsyuk.

Msport.az saytı 2013-cü ildən bu yana kənardan U-17 və U-19 yığmalarımıza cəlb olunmuş futbolçuları araşdırıb. Ortaya maraqlı faktlar çıxır.

U-17

AÇ-2013 SEÇMƏ MƏRHƏLƏ

Azərbaycan – Slovakiya 2:4

Azərbaycan – Rusiya 0:1

Azərbaycan – İslandiya 3:3

Baş Məşqçi – Nikolay Adam 

Sinan Avan – 26 yaşlı bu futbolçu indi klubsuzdur.

Berdan Yılmaz – Almaniyanın 9-cu liqasında çıxış edir – “Tuspo Schilekum”.

Benhür Kama – O da Almaniyada aşağı liqalarda get-gəl edir. Hazırda “Mörfelden” klubundadır.

Umar Akmurzayev – Son klubu “Serdivanspor” olan futbolçu indi klubsuzdur. Akmurzayev Azərbaycanın U-17 və U-19 komandalarına cəlb olunub.

Tolqa Şahin – Onun haqqında heç bir məlumat əldə edə bilmədik. Görünür, futbolla çoxdan vidalaşıb.

Ozan Altın  – Son klubu “SpVgg Wirges” (Almaniya) olub. Hazırda klubsuzdur.

 

AÇ-2014 SEÇMƏ MƏRHƏLƏ

Azərbaycan – Bosniya və Herseqovina 1:1

Azərbaycan – İsveçrə 2:1

Azərbaycan – Belçika 0:3.

Baş məşqçi – Mirbağır İsayev 

Ruslan Berdıyev – O vaxt Gürcüstandan cəlb olunmuş bu futbolçu hazırda klubsuzdur.

Kazım Birkan – 27 dekabr 2022-ci ildən klubsuz qalıb. Son komandası “Edirnespor” olub.

 

AÇ-2015 ELİT-RAUND 

Azərbaycan – Serbiya 0:4

Azərbaycan – Portuqaliya 0:3

Azərbaycan – Xorvatiya 0:4

Baş məşqçi – Mirbağır İsayev 

Anton Krivotsyuk – Ukraynadan dəvət edilmiş müdafiəçi hazırda əsas yığmamızda çıxış edir. Cənubi Koreyada legioner həyatı yaşayır.

Murad Popov – Ukraynadan gəlmiş qapıçı bir ara “Qəbələ”nin aşağı yaş qruplarında da oynadı. İndi Almaniyanın VI liqasında “Vohvinkel” komandasında forma geyinir.

Ruslan Berdiyev – Klubsuzdur

 

AÇ-2016 FİNAL MƏRHƏLƏSİ 

Azərbaycan – Şotlandiya 1:0

Azərbaycan – Belçika 1:1

Azərbaycan – Portuqaliya 0:5

Baş məşqçi – Təbriz Həsənov 

Murad Popov 

Hüseyn Seyligli – 2022-ci ilin dekabrından klubsuzdur. Son klubu “Artvin Hopaspor” olub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu U-17, U-19 və U-21 yığmalarımızın şərəfini qoruyub.

Metin Güler – Türkiyədə II liqasında “Pazarspor” klubunda oynayır. U-17 və U-19 yığmalarımızda olub.

Doğukan Öksüz – Türkiyədə III liqasında “Yomraspor”da forma geyinir. Azərbaycanın U-17, U-19 və U-21 komandalarında çıxış edib.

İsmail Karakaş – Türkiyədə III liqasında “Edirnespor”dadır. U-17 və U-19 yığmalarımızda oynayıb.

Barış Ekincier – Almaniyanın III liqasında çıxış edən “Manheim” klubunda forma geyinir. U-17, U-19, U-21 yığmalarımzdan yolu keçib.

Ege Atlam – Hazırda I divizionda “Araz Naxçıvan” klubundadır.

 

AÇ-2017 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Bolqarıstan 2:1

Azərbaycan – Ukrayna 1:6

Azərbaycan – İrlandiya 0:6

Baş məşqçi – Mirbağır İsayev 

Legioner olmayıb. 

 

AÇ-2018 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Albaniya 0:1

Azərbaycan – Çexiya 0:2

Azərbaycan – Norveç 1:4

Baş məşqçi – Ramin Quliyev

Camal Cəfərov – “Anji”nin yetirməsi olan bu futbolçu hazırda “Sabah” klubunda oynayır. U-17 və U-21 yığmalarımızda çıxış edib.

Rüstəm Samiqullin – Rusiyadan gələn qapıçı indi “Sabah”ın heyətindədir.

Ruslan Qabayev – Haqqında heç bir məlumat tapa bilmədik.

 

AÇ-2019 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Qazaxıstan 0:2

Azərbaycan – Almaniya 0:2

Azərbaycan – Yunanıstan 1:6.

Baş məşqçi – Vüqar Məmməd 

Berkay Vardar – Hazırda “Beşiktaş”dadır. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu bizdə U-17 və U-19 yığmalarında oynasa da, sonradan Türkiyənin U-21-i seçdi.

Yusuf Oral – “Sile Yıldızspor”. Türkiyənin III liqasında çıxış edir. U-17 və U-19 millilərimizdə forma geyinib.

 

U-19 

AÇ-2013 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – İrlandiya 0:2

Azərbaycan – Bosniya və Herseqovina 0:0

Azərbaycan – İsveç 1:5

Baş məşqçi – Nazim Süleymanov 

Şamil Camaləddinov – U-19 yığmamızda cəmi 1 oyun keçirən futbolçu klubsuzdur.

Mustafa Yaman – Almaniyadan gəlmiş qapıçı U-19-da 2 matçda çərçivəni qorumuşdu. O, da hazırda böyük futboldan uzaqdadır.

 

AÇ-2014 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Macarıstan 1:1

Azərbaycan – Slovakiya 1:4

Azərbaycan – Sloveniya 3:2

Baş məşqçi – Nikolay Adam 

Tolqa Şahin – Almaniyanın V liqasında “Stadelledrof” klubunda çıxış edir.

Benhur Kama – “Mörfelden” (Almaniya)

 

AÇ-2015 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Ukrayna 0:4

Azərbaycan – Türkiyə 0:1

Azərbaycan – Bosniya və Herseqovina 1:0

Baş məşqçi – Nazim Süleymanov 

Tolqa Şahin – “Stadelledrof” (Almaniya)

 

AÇ-2016 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Litva 2:0

Azərbaycan – Bosniya və Herseqovina 1:2

Azərbaycan – Avstriya 1:4

Baş məşqçi – Nazim Süleymanov 

Anton Krivotsyuk 

Murad Xaçayev – “Sumqayıt”da oynayan yarımmüdafiəçi “Şaxtyor”un U-19 komandasından cəlb olunmuşdu. Əsas millimizdə 1 matçda meydana çıxıb.

 

AÇ-2017 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Kipr 1:2

Azırbaycan – Serbiya 1:4

Azərbaycan – İrlandiya 0:0

Baş məşqçi – Təbriz Həsənov 

Barış Ekincier 

Hüseyin Seyligli 

Doğukan Öksüz – Türkiyə III liqasında “Yomraspor”da forma geyinir. U-17, U-19 və U-21 yığmalarımızda oynayıb.

Metin Güler –  “Pazarspor” (Türkiyə, II liqa). U-17 və U-19 millilərimizdə olub.

 

AÇ-2018 SEÇMƏ MƏRHƏLƏ

Azərbaycan – Lixtenşteyn 3:0

Azərbaycan – Gürcüstan 2:1

Azərbaycan – İsrail 1:4

Baş məşqçi – Vüqar Məmməd 

Legioner olmayıb. 

 

AÇ-2019 ELİT-RAUND 

Azərbaycan – Rumıniya 0:4

Azərbaycan – İrlandiya 1:3

Azərbaycan – Rusiya 0:0

Baş məşqçi – Vüqar Məmməd 

Serhat Taşdemir – Türkiyədə II liqasında çıxış edən “Kocaelispor” klubundadır. Sağ vinger mövqeyində oynayan futbolçu Azərbaycanın U-19 yığmasında 3 oyun keçirdikdən sonra bir də dəvət almayıb. Çempionatımızın bombardiri Musa Qurbanlı həmin vaxt adətən ehtiyatda qalırdı,  Taşdemir oynayırdı.

 

AÇ-2019 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – San Marino 2:0

Azərbaycan – Çexiya 0:4

Azərbaycan – Norveç 0:1

Baş məşqçi – Samir Əliyev 

Sahan Mürsel Şahin – Hazırda klubsuzdur.

Emre Kaplan – Türkiyə I liqasında “Bandırmaspor”da çıxış edir. Bizdə U-19 və və U-21-də forma geyindikdən sonra Türkiyənin 21 yaşlılarında 2 matçda meydana çıxıb.

 

AÇ-2021 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Lüksemburq 2:0

Azərbaycan – İspaniya 0:6

Azərbaycan – Belçika 1:5

Baş məşqçi – Elxan Abdullayev 

Yusuf Oral – Türkiynin III liqasında “Sile Yıldızspor” klubunda oynayır.

 

AÇ-2022 SEÇMƏ MƏRHƏLƏ 

Azərbaycan – Lüksemburq 0:1

Azərbaycan – Türkiyə 1:5

Azərbaycan – Bolqarıstan 0:1

Baş məşqçi – Miloş Velebit

Legioner olmayıb 

 

AYXAN 

 

 

 

Bənzər xəbərlər