"Bizim komanda azərbaycanlıları nə iləsə təəcübləndirməlidir" - "Qarabağ"a uduzmuş "Visla"nın sabiq baş məşqçisi
“Visla Krakov”un baş məşqçisi kimi “Qarabağ”a qarşı oynamış Henrik Kasperçak Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü haqqında danışıb. Msport.az xəbər verir ki, “meczyki.pl”ya açıqlama verən 76 yaşlı mütəxəssis Polşa klubunun növbəti mərhələyə yüksəlmək şansalarını yüksək qiymətləndirib:
“Lex”in cavab matçı öncəsində üstünlüyü var. Poznan klubu öz meydanında qalib gəlib və indi mübarizəni davam etdirəmək üçün heç-heçə də kifayət edir. Ancaq Polşa çempionu isti olan bir yerə gedir. Rəqib sürətli, texnikalı və cəld oynayır. Onlar hücumu yekunlaşdırmaq üçün ağıllı gedişlər axtarırlar. “Qarabağ” ciddi rəqib olsa da, “Lex”in növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var.
“Lex” ilk görüşdə daha çox müdafiəyə diqqət yetirirdi. Təcrübəli məşqçinin sözlərinə görə Poznan təmsilçisi Bakıda fərqli oynamalıdır:
“Lex” rəqibi daha irəlidə qarşılamalı və topu daha tez ələ keçirməyə çalışmalıdır. Yaxşı nəticənin açarı əks-hücumlar ola bilər. Bizim komanda azərbaycanlıları nə iləsə təəccübləndirməlidir. Ələ düşən imkanları dəyərləndirmək lazımdır. Məncə, “Lex”in qol vəziyyətləri çox az ola bilər. Effektli olmaq və belə anlarda soyyuqanlı davranmaq gərəkir.”