featured-image-28230

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan sərbəst güləşçimiz Hacı Əliyev sosial şəbəkədə paylaşım edib. Msport.az xəbər verir ki, dördqat qitə çempionu bu qələbəni Azərbaycan xalqına həsr edib:

“Azərbaycan güləş tarixində ilk dəfə olaraq dördqat Avoropa çempionu oldum və yeni bir tarix yazdım. Şükürlər olsun, Allaha bu qələbəni mənə nəsib edir. Bu qələbə Azərbaycan xalqının qələbəsidir, bizim qələbəmizdir. Tarix yaza-yaza yolumuza davam edirik. Məni təbrik edən hər kəsə təşəkkür edirəm, var olasınız”.

media-WhatsApp Image 2023-04-19 at 12.34.37

AYXAN 

Bənzər xəbərlər