Budaq Nəsirov "Turan Tovuz"da - RƏSMİ
“Turan Tovuz” növbəti transferini həyata keçirib.
Msport.az xəbər verir ki, Tovuz təmsilçisi Budaq Nəsirovu transfer edib. 26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb.
Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz”, “Sportinq”də (Portuqaliya) çıxış edib O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı A milli komandamızın da formasını geyinib.







