"Burda hər hansı bəhanə axtarmamalıyıq" - Mahir Emreli
“Baş məşqçi hansı mövqedə şans versə, orada da oynayacağam. Bu barədə mənimlə danışır, əsl mövqeyimin hücumçu olduğunu da bilir. Burada hər hansı bəhanə axtarmamalıyıq”.
Msport.az xəbər verir ki, bunu “Konyaspor”da çıxış edən millimizin futbolçusu Mahir Emreli “Kon TV”yə açıqlamasında deyib.
26 yaşlı hücumçu komandasına assist və qollarla fayda vermək istədiyini deyib: ” Ümid edirəm ki, növbəti qarşılaşmada bu səddi aşa biləcəyəm”.
Emreli “Ümraniyespor”la matçdakı nəticənin (2:2) ədalətli olduğunu bildirib: “Oyunun sonları daha yaxşı və bol qollu alındı. Səfərdən üç xalla qayıtmaq istəyirdik, amma qismət olmadı. Düşünürəm ki, ən azından son dəqiqə qolu ilə heç-heçə əldə etdiyimiz üçün sevinməliyik. Çünki milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra toparlanmaq komanda üçün çətin oldu. Bəzən belə çətinliklər ola bilər. Düşünürəm ki, növbəti görüşdə daha yaxşı oynayacağıq və üç xal qazanacağıq”.