featured-image-6344

Sabah Azərbaycanda UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları start götürəcək.

Msport.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edəcək “Cəbrayıl” komandası ilkin mərhələnin II qrupunda Belarus təmsilçisi “Kolos”la görüşəcək.

İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları çıxış edəcək.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya təmsilçilərinə rəqib olacaq.

23-29 iyun tarixlərində keçiriləcək UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

I qrup

“Basiani” – “Tallinna Zapoos”
23 iyun. ASK Arena

“Tallinna Zapoos” – “Kaskelen”
25 iyun. ASK Arena

“Kaskelen” – “Basiani”
27 iyun. ASK Arena

II qrup
“Kolos” – “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu
“Cəbrayıl” – “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu

FİNAL

I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu

Bütün oyunlar saat 16:00-da başlayacaq.

 

 

Bənzər xəbərlər