featured-image-5680

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam təmsilçisi Polşa çempionu “Lex”lə düşüb.

Bu mərhələnin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi

“Pünik” (Ermənistan) – ÇFR Kluj (Rumıniya)
“Maribor” (Sloveniya) – “Şaxtyor” (Soliqorsk, Belarus)
“Lüdoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro)
“Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya)
“Tobol” (Qazaxıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Malmö” (İsveç) – İlkin mərhələnin qalibi
“Ballkani” (Kosovo) – “Jalgiris” (Litva)
HJK (Finlandiya) – RFS (Latviya)
“Bodo Qlimt” (Norveç) – “Klaksvik” (Farer adaları)
TNS (Uels) – “Linfild” (Şimali İrlandiya)
“Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta)
“Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan)
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
“Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova)
“Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)

Bənzər xəbərlər