featured-image-34431

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün “Qarabağ” da revanş matçına çıxacaq. Azərbaycan çempionu Polşanın “Rakuv” komandası ilə üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı almaniyalı Sven Yablonski idarə edəcək.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “köhlən atlar” mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr “Aris”i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) 1-1

Qol: F.Tudor, 51 – R.Cica, 60
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun – 2:3
Bakı Olimpiya Stadionu

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

“Rakov”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 5. Qustav Berqqren, 66. Papanikolau, 11. Con Yeboa, 9. Zvaolinski, 77.Çebulya

Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Viladislav Köçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski

Bənzər xəbərlər