featured-image-7407

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Fərid Nəbiyevin yeni iş yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, bu yay Çexiyanın “Viktoriya” (Jijkov) klubundan azad agent kimi ayrılan futbolçu “Kəpəz”lə anlaşıb.

Artıq o, Gəncə klubunun düşərgəsində yeni mövsümə hazırlaşır. 22 yaşlı futbolçu yeni klubu ilə 1 illik anlaşıb.

“Kəpəz”in bu transferi qısa zaman içində rəsmən açıqlaması gözlənilir.

“Qəbələ”nin yetirməsi olan Nəbiyev, karyerası ərzində “Slaviya” (Praqa) və “Şevardeni” klublarında da forma geyinib.

Bənzər xəbərlər