featured-image-24221

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Msport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan millisi yarışda 6 cüdoçu ilə təmsil olunacaq.

Yarış Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

-60 kq.
Rövşən Əliyev – Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)
Əhməd Yusifov – Moritz Plafki (Almaniya)

-66 kq.
Kamran Süleymanov – Vilcar Lipard (Estoniya)
Ruslan Paşayev – Lennart Slamberqer (Almaniya)

-73 kq.
Nəriman Mirzəyev – Bahruzi Xocazoda (Tacikistan)
Rəşid Məmmədəliyev – Şaxram Ahadov (Özbəkistan)

Bənzər xəbərlər