featured-image-35592

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında uğurlu nəticəyə qazanıb.

Msport.az xəbər verir ki, 80 kq (K44) çəki dərəcəsində çıxış edən idmançımız qızıl medala yiyələnib.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları turnirdə 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K 44) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.

Bənzər xəbərlər