featured-image-4123

Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni de Byazi “Milan”ın A seriyasında çempion olmasından danışıb.

Msport.az xəbər verir ki, o, “TMW Radio”ya açıqlamasında bu haqda fikirlərini bölüşüb:

“Milan” Skudettonu qazanmağa çox layiqdir. Bu, baş məşqçi Stefano Pioli üçün şəxsi qisasdır. O, işini və çətin situasiyalardan necə çıxmaq lazım olduğunu bilir. Unutmayaq ki, iki il əvvəl Pioli qovulmaq üzrə idi və yerinə Ralf Ranqnik gətiriləcəkdi. Pioli çətin mühitdədir, lakin yüksək səviyyəyə çatıb.

Bu il “Milan”ın bəzi matçları möhtəşəm keçdi. Qalib gəlmək heç vaxt asan olmur. “Milan”ın çempionluğunda təcrübənin də önəmi var. Təsadüfi deyil ki, komandada Zlatan İbrahimoviç və Oliviye Jiru kimi futbolçular oynayır”.

Bənzər xəbərlər