featured-image-8375

Rusiyalı məşqçi Rinar Bilyaletdinov Artyom Dzyubanın Azərbaycan çempionatında oynaya bilməsi ilə bağlı xəbəri şərh edib.

Msport.az “Championat.com”a istinadən xəbər verir ki, “Rubin”in sabiq baş məşqçisi belə deyib:

“Dzyuba Azərbaycanda? Ekzotika! “Qarabağ” Çempionlar Liqasının qrupunda oynayıb, niyə də olmasın? “Neftçi” və “Qarabağ” Azərbaycan çempionatının liderləridir. Əgər, Dzyuba ora getsə, daimi olaraq bu liqanı izləyəcəyik.

Əvvəlcə onun adını Türkiyə klubları ilə çəkirdilər. Sonra “Rubin”də oldu…İndi isə sanki izini itirir”.

Xatırladaq ki, 2015-2022-ci illərdə “Zenit”də çıxış etmiş Dzyuba bu komandada 249 oyunda 108 qol vurub və 70 məhsuldar ötürmə verib. Onun “Zenit”lə müqaviləsi iyunun 30-da başa çatıb.

Bənzər xəbərlər