featured-image-8378

Rusiya millisinin sabiq futbolçsu Dmitri Radçenko da Artyom Dzyubanın Azərbaycan klublarına keçə bilmə xəbəri haqqında danışıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Zenit”, “Spartak”, “Rasinq”, “Deportivo” kimi komandaların formasını geyinmiş hücumçu Dzyubanın hələ oynamaq istədiyini deyib:

“Dəqiq bilirəm ki, Dzyuba hələ karyerasını davam etdirmək istəyir. Əgər tərəflər razılaşsalar, mümkündür ki, Azərbaycanda çıxış etsin. İdman ambisiyaları məsələsinə gəlincə isə, Artyomun karyerasında  yaxşı olmayan anlar da olub. Bizim yadımızdadır, onu necə icarəyə verdilər və “Tom”da özünü sübut etməyə başladı.

Əsas odur ki, o, futbol oynamaq istəyir. Harada çıxış edəcək, bu, onun üçün artıq ikinci plana keçir. Azərbaycan karyeranı davam etdirmək üçün yaxşı variantdırmı? Sadəcə digər yerlərdə oynamaq imkanı yoxdur. Ola bilər, Azərbaycanda elə bir layihə var ki, onu maraqlandırıb”.

Bənzər xəbərlər