featured-image-17071

Türkiyənin Antalya şəhərində kikboksinq üzrə böyüklərin Avropa çempionatında 2-ci gün yekunlaşıb.

Msport.az xəbər verir ki, kikboksçularımız uğurlu çıxışlarını davam etdiriblər.

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov isə kikboksinqin 2 kateqoriyası üzrə finala çıxıb. O, çıxış etdiyi 63 kq çəki dərəcəsində “Light contact”da Çətin Korkmaz (Türkiyə) və Vladimir Dudinskiyə (Slovakiya) qalib gəlib. Məmmədov “Kick light”də də Vladimir Dudinskiyə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Hər 2 final 16 noyabrda keçiriləcək.

Bənzər xəbərlər