featured-image-28548

Əfsanəvi argentinalı futbolçu Xavyer Zanetti Azərbaycana səfər edəcək.

Msport.az xəbər verir ki, bu barədə sabiq müdafiəçi özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

Hazırda İtaliyanın “İnter” klubunun vitse-prezidenti vəzifəsini yerinə yetirən 50 yaşlı mütəxəssis paylaşımında səfərdə məqsədinin Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək olduğunu yazıb.

Qeyd edək ki, Xavyer Zanetti 1995-2014-cü illərdə “İnter”in şərəfini qoruyub.

Bənzər xəbərlər