featured-image-8183

FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Msport.az UEFA-nın saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim Avstriyada “Rapid” (Vyana) və Polşanın “Lexiya” komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər