featured-image-8903

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.

Msport.az xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı 1-ci kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.

Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.

Yay kursları iyulun 29-dək davam edəcək.

Bənzər xəbərlər