Elxan Məmmədov “Qarabağ”ın oyununu niyə izləyə bilmədi?
FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru Elxan Məmmədov bu gün keçiriləcək “Sürix” – “Qarabağ” oyununu stadiondan izləyə bilməyəcək.
AFFA-nın sabiq baş katibi dünən Azərbaycan çempionunun qaldığı otelə gələrək Qurban Qurbanov və komanda üzvləri ilə görüşsə də, bu səhər təcili Parisə yollanmalı olub.
Msport.az xəbər verir ki, buna səbəb həmyerlimizin dünya futbol qurumunun iclasında iştirak etməsidir. Bu səbəbdən də Məmmədov “Qarabağ”ın oyununu lzləyə bilməyəcək.