Elxan Məmmədovla Donald Gerye də “Qarabağ”a dəstək oldu
FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə qarşılaşacaq “Qarabağ”ı ziyarət edib.
Msport.az xəbər verir ki, o, bu gün komandanın məskunlaşdığı otelə gələrək baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb.
Ağdam klubunun sabiq müdafiəçisi Donald Gerye də keçmiş komandasına dəstək nümayiş etdirib. O da keçmiş komanda yoldaşları ilə görüşərək, onlara sabahkı qarşılaşmada uğurlar arzulayıb.
Xatırladaq ki, daha öncə “Qarabağ”ın sabiq oyunçusu İnnosent Emeqara, həmçinin Azərbaycan yığmasının və İsveçrənin “Qrasshopper” komandasının hücumçusu Renat Dadaşov da “Qarabağın düşərgəsinə baş çəkmişdi.
“Sürix” – “Qarabağ” matçına sabah Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda Ağdam klubu 3:2 hesablı qələbəyə sevinib.