featured-image-33184

Ermənistan idmançıları Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcəklər.

Msport.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Atıcılıq Federasiyasının baş katibi Areq Sarıbekyan məlumat verib.

O bildirib ki, Bakıdakı yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün iştirak etməyə qərar veriblər.

A.Sarıbekyan Ermənistan milli komandasının Azərbaycana gələcək heyətini açıqlamayıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək keçiriləcək.

Bənzər xəbərlər